IQNA

Fransada hicaba görə cərimə ödənilir | Video

12:10 - November 04, 2020
Xəbər sayı: 3488549
Tehran (IQNA)  - Fransada 2010-cu ilin Oktyabr ayının 11-də müsəlman qadınların niqabdan ümumi məkanlarda istifadə etməsi qanunla qadağan olundu və qanuna əməl etməyənlərə cərimə tətbiq edildi.

Fransada 2010-cu ilin Oktyabr ayının 11-də müsəlman qadınların niqablı hicabdan (rübənd) ümumi məkanlarda istifadə etməsi qanunla qadağan olundu və qanuna əməl etməyənlərə cərimə tətbiq edildi.

2016-cı ildə burkini (niqablı hicab, rübənd) guya Fransa Respublikasının dəyərlərinə zidd olduğu üçün müxtəlif əyalətlərin bələdiyyələri səviyyəsində də qadağan edildi.

Burkini geyərkən tutulmuş qadınlar 28 avro dəyərində inzibati cəriməyə məhkum edildilər.  

Həmin zaman əslən Əlcəzayirdən olan Rəşid Nəkkaz adlı fransalı biznesmen müsəlman xanımlar ənənəvi çimərlik paltarı – burkini geyindiklərinə görə olunduqları cərimələri ödəmək qərarına gəldi. O, hökumətin müvafiq "qanunu” pozan bütün müsəlman xanımların cərimələrinin ödənməsini öz üzərinə götürdü.

Fransalı biznesmen müsəlman xanımların bu cəriməsini ödəyir

Maraqlıdır ki, artıq uzun illərdir Fransada yaşayan və Sorbon univerisitetinin məzunu olan Nəkkazın özü burkininin geyilməsini dəstəkləmir, lakin hesab edir ki, demokratik cəmiyyətdə bu cür qanunların tətbiq edilməsi yolverilməzdir.

"Mən Fransa hökumətini vətəndaşların hüquqlarını pozduğunu görən zaman çek kitabçasını çıxarıram. Elə təəssürat yaranır ki, bu gün Fransada müsəlman olmaq qadağandır.”, - deyə Rəşid Nəkkaz bildirib.

Xatırladaq ki, o 2010-cu ildə "Azadlığın Qorunması Fondu”nu yaradıb. Fondun dəyəri 1 milyon avronu keçib.

Qeyd edək ki, Fransanın tanınmış siyasi və ictimai simalarından olan Rəşid Nəkkazi məzhəbçilik və irqçilik məsələləri bəhanəsi ilə Fransa prezidentliyinə namizədlikdən məhrum edilib. /3932886

kod
Teqlər: niqab ، rübənd ، hicab ، burkini
captcha